Skip to main content

Equipmaster

7 avqust tarixində Marsol Group-un təşkilatçılığı ilə növbəti “İşgüzar Səhər Yeməyi” tədbiri baş tutub.

Equip Master "İşgüzar Səhər Yeməyi" Görüşündə İştirak Etdi!

Equip Master "İşgüzar Səhər Yeməyi" Görüşündə İştirak Etdi!

7 avqust tarixində Marsol Group-un təşkilatçılığı ilə növbəti “İşgüzar Səhər Yeməyi” tədbiri baş tutub. Tədbirdə Equip Master şirkətinin təsisçisi Adil Ələkbərov və 50-yə yaxın sahibkar iştirak edib.
Tədbirdə Marsol Group-un təsisçisi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək sahibkarlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi və bu kimi platformaların biznes mühitinə verdiyi töhfələrdən bəhs edib.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək sahibkarlara təqdim olunan dəstək mexanizmləri, dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyəti və birgə həyata keçirilən layihələr barədə dəyərli məlumatları bölüşüb.
Görüş çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla tanış olmaq, təcrübə mübadiləsi aparmaq və yeni biznes tərəfdaşlıqları istiqamətində məhsuldar müzakirələr keçirmək imkanı əldə etdik.
Equip Master olaraq inanırıq ki, belə platformalar işgüzar əlaqələrin güclənməsi və ölkəmizdə biznes mühitinin daha da inkişaf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qalereya