Skip to main content

Equipmaster

Makinanın təsviri

Bu makina xüsusi silikon (rezin) vasitəsilə mebel, mətbəx mebeli, divar üçün dekorativ panellər və müxtəlif qeyri-standart formalı detalların üzərinə PVC materiallarını üzləmə (laminasiya etmək) üçün nəzərdə tutulub.

Xüsusiyyətlər

• Tam avtomatik, rəqəmsal idarəetmə : Elektrik hissəsi tam avtomatik və PLC əsaslı idarə olunur. Operator sensor ekran vasitəsilə iş rejimlərini asanlıqla seçir, parametrləri yadda saxlayır və təkrarlaya bilir. Bu, həm işçi səhvlərini minimuma endirir, həm də istehsal sürətini artırır.
• Yüksək keyfiyyətli qızdırma sistemi – enerjiyə qənaət: Qızdırma sistemi dövr edən istilik ötürücü yağla işləyir. Güclü istilik izolyasiyası və düzgün dizayn sayəsində temperatur bütün səth boyunca bərabər paylanır, bu da həm örtüyün qüsursuz oturmasını, həm də enerji sərfiyyatının azalmasını təmin edir.
• Alman istehsalı Becker vakuum motoru: Makinada Almaniya istehsalı Becker vakuum motoru istifadə olunub – sabit işləyir, nasazlıq faizi azdır, servisi və istismarı sadədir. Böyük hava çəni və iki ayrı hava kanalı hesabına hava axını və təzyiqi yüksəkdir, detallar qısa müddətdə möhkəm sıxılır.
• Dəqiq mexanika və möhkəm konstruksiya: Bütün əsas mexaniki hissələr dəqiq emal mərkəzlərində hazırlanır, bu isə tam ölçü dəqiqliyinə və stabilliyə zəmanət verir. Karkas manqanlı qalın polad lövhələrdən yığılır və 500 tona qədər təzyiqə davam gətirə bilir – uzunmüddətli, problemsiz istismar üçün ideal həll.
• Həm yuxarıdan, həm aşağıdan qızdırma: İki tərəfli qızdırma sistemi (yuxarı və aşağı) materialın daha yumşaq formada preslənməsini və mürəkkəb formalı detalların keyfiyyətli laminasiyasını təmin edir. Bu, xüsusən qapı, fasad və 3D elementlərdə öz üstünlüyünü göstərir. Həmçinin müasir qulplu modellərin keyfiyyətli şəkildə vurulmasını təmin edir.
• Yüksək avtomatlaşdırma səviyyəsi: İdarəetmə sistemi Yaponiyanın OMRON firmasının PLC-si və sensor operator paneli ilə qurulub. 4 fərqli iş rejimi sayəsində müxtəlif qalınlıq və formalı detallar üçün optimal parametrləri ayrıca seçmək mümkündür – bir düymə ilə keçid imkanı.
• Zəmanət və texniki dəstək: Zavod makinaya 1 il rəsmi zəmanət verir. Avadanlıq üzrə daimi texniki dəstək, ehtiyat hissələri mövcuddur.

Texniki göstəricilər

Xarici ölçülər:
• Uzunluq: 12000 mm
• En: 1730 mm
• Hündürlük: 1930 mm
İş masasının ölçüsü:
• Uzunluq: 3000 mm
• En: 1320 mm
• Faktiki iş sahəsi:
2980 × 1310 × 50 mm
• Masanın dərinliyi:
50 mm
Ümumi texniki parametrlər:
• İşçi gərginlik: 380V / 50Hz (və ya müştərinin ölkəsinə uyğun)
• Mənfi təzyiq (vakuum): 0 ~ 0.095 Mpa
• Müsbət hava təzyiqi: 0.5 ~ 0.6 Mpa
• Membran təzyiqi: 0.3 ~ 0.5 Mpa
• Yağ təzyiqi: 10 Mpa
• Aşağı təzyiq: 4 Mpa
• Motor gücü: 25 kW
• İş sürəti: 1 tsikl üçün təxminən 2–4 dəqiqə
• Emal edilə bilən maksimum hündürlük: 50 mm
• Mərkəzi hava sistemi tutumu: > 1 m³
• Hava təchizatı təzyiqi: > 0.5 Mpa
• Ümumi güc: 52.6 kW
• Maşın işə düşdükdən sonra yarım güclə də işləyə bilər
• Yuxarı qızdırıcılar: 25.2 kW (iş zamanı yarım güc rejimi mümkündür)
• Aşağı qızdırıcılar: 14.4 kW (iş zamanı yarım güc rejimi mümkündür)
• İstilik yağı nasosu: 0.4 kW
• Hidravlik stansiya: inteqral sistem
• Vakuum matoru: BECKER №100
• İdarəetmə sistemi: OMRON PLC
• Temperatur nəzarəti: elektron temperatur tənzimləyicisi ilə
• Qızdırma sistemi: istilik yağı ilə çalışan qızdırıcı sistem
• Ümumi kütlə: təxminən 16 000 kq